Məşhur komediya ustası Şahan Gökbakarın çoxseriyalı filmi olan "Recep İvedikin 5-ci hissəsinin çəkilişlərinə start verilib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, avqustun əvvələrində film üçün aktyor seçimlərinə başlayan və qısa zaman heyəti formalaşdıran aktyor, 5-ci hissənin də maraqlı alınacağına ümid edir.
Ş.Gökbakar sosial mediada foto paylaşaraq "Dəyişiklik başlasın. Gəlir qeydini yazıb.
Qeyd edək ki, "Recp İvedikin 2008-20014-cü illərdə çəkilən 4 hissəsi kinoteatrlarda ümumilikdə 19 milyon 330 min tamaşaçı izləyib. Ş.Gökbakar bu filmlərdən 164 milyon 480 min lirə (təxminən 89 milyon mmanat) gəlir əldə edib.