SWIFT beynəlxalq maliyyə sistemi Mərkəzi Banklara ünvanladığı məktubda onları yeni haker hücumları dalğası barədə məlumatlandırıb.
Unikal.org "APA-Economics"ə istinadən xəbər verir ki, məktubda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilir: "Haker hücumlarının bəziləri uğursuzluğa düçar olsa da, bəziləri kibercinayətkarlar üçün uğurlu olub. Hücumlar fevral ayında Banqladeş Mərkəzi Bankına olunan hücumların ardı kimi qiymətləndirir".