Sabir Rüstəmxanlının kürəkəni, yenicə ailə qurmuş müğənni Elçin Cəfərov rəsmi instaqram səhifəsində oxucularına belə müraciət edib.

Unikal.org xəbər verir ki, məşhur müğənni şəxsi instaqram səhifəsində pərəstişkarların ona ünvanladıqları, yazdıqları rəylərə bu cür münasibət bildirib:
"Hər vaxtınız xeyir. Əzizlərim, rəylərinizi oxuyuram və mənə çox xoş olur. Cavab yazmamağımı əsla saymamazlıq hesab etməyin, anlamağa çalışın. Sizi çox sevirəm!
( Allah bəndələrini sevirsə bizim bir-birimizi sevməməyə haqqımız yoxdur! ) Sevginiz üçün təşəkkürlər!".