MSK sədri, professor Məzahir Pənahov bu gün səhər saatlarında ciddi bir qəza keçirdib.

Unikal.org xəbər verir ki, musavat.com-un yazdığına görə, tədbir üçün Bakı Bulvar hotelə gələn MSK sədri dalğınlığı üzündən özünü açıq bildiyi şüşə qapıya çırpıb. Bu zaman onun baş nahiyəsi bərk şəkildə şüşə qapıya dəyib, nəticədə alnının sol tərəfi gözlə görünən şəkildə zədə alıb.

M. Pənahov giriş nitqində və daha sonra müşavirəni apararkən nitqindəki qırıqlıq və buraxdığı səhvlərlə hər kəsi heyrətləndirib-¦İndi məlum olur ki, adətən səlis danışan, nitqində səhvlər buraxmayan MSK sədri müşavirədən cəmisi bir neçə dəqiqə əvvəl qəza ilə başını şüşə qapıya çırpıbmış. Aldığı sarsıdıcı zərbəyə baxmayaraq, MSK sədri seminar-müşavirənin işində sona qədər iştirak edib.

Məzahir Pənahov qəza keçirdi