16 yaşlı oğlan göldə boğulub.
Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər 2000-ci il təvəllüdlü Sadıqov Ayxan Yalçın oğlunun cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:20-də başa çatıb.