Xaçmaz-Xudat yolunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org Report-a istinadən xəbər verir ki, qəza yolun Xaçmazın Həsənqala kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 1955-ci il təvəllüdlü Əbülfəz Əmir oğlu Əliyev motosikletlə hərəkətdə olarkən arxadan, hələlik məlum olmayan maşın tərəfindən vurulub. Nəticədə Əbülfəz Əliyev yaralanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstə ənsə, kürək, sol bazu və dirsək nahiyələrinin əzilməsi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada avtomobili idarə edən şəxs isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.