Kolbasanın tərkibinə də nitrat vurulurmuş
13:02 13-06-2012
CƏMİYYƏT
Kolbasanın tərkibinə də nitrat vurulurmuş
İşbazlar məhsulun təzə və görkəmli görünməsi üçün kimyəvi maddədən istifadə edirmişlər
Qida sənayesində baş verən bir çox özbaşınalıqlar işi o həddə çatdırıb ki, işbazlar insanların sağlamlığı ilə oynamağa başlayıblar.
Xüsusən də qida məhsullarının tərkibinə vurulan kimyəvi maddələrin meydana çıxardığı fəsadlar artıq dəfələrlə rəsmi qurumlar tərəfindən aşkarlanıb. Amma indiyə qədər dükanlardan vaxtı keçmiş məhsullarda və bostan bitkilərində zərərli maddələrin müşahidə edildiyi məlum olub.
Lakin işbazlar iş o həddə çatdırıblar ki, belə vəziyyət digər qida məhsullarında tapılmaqdadır. Aparılan araşdırmalar nəticəsində belə məlum olub ki, artıq bəzi kolbasa və ət məhsullarının da tərkibinə zəhərli maddələr vurulurmuş. Üzə çıxan faktlar isə o qədər dəhşətlidir ki, bu işləri görənlərdə insanlıq keyfiyyətinin olmadığını dəqiqləşir. Çünki kolbasanın tərkibinə vurulan kimyəvi maddə insanda dəhşətli xəstəliklərin yaranmasına qədər gətirib çıxarır. Belə ki, araşdırmalar nəticəsində aydınlaşıb ki, kolbasanın tərkibinə də bostan bitkilərində olduğu kimi, nitrat vurulur.
Bildirək ki, nitrat kimyəvi maddə olmaqla yanaşı, insan üçün ən təhlükəli maddə hesab olunur. Alimlərin rəyinə görə, nitrat orqanizmə düşdükdən sonra ilk olaraq mədə-bağırsaq xəstəliklərini, mədə xorası, onkibarmaq bağırsaqda yaralar əmələ gətirir. Amma bundan da dəhşətli nəticə də var. Türk alimlərinin təsdiqlədiyi fakta əsasən nitrat insanda xərçəng xəstəliyi də yaradır. Özü də bunun risqi həddindən artıq çoxdur.
Nəzərinizə çatdıraq ki, əksər bostan bitkilərinə nitratın vurulmasının səbəbi onların tez böyüməsi, gözəgəlimli görsənməsi üçündür. Hazırda çiyələk, qarpız, yemiş kimi bostan bitkilərində ən çox rast gəlinən maddə ilə bağlı dəfələrlə satıcılara xəbərdarlıq edilib. Ötən il isə bununla əlaqədar keçirilən reydlərdə xeyli miqdarda qarpız, yemiş və digər bostan bitkiləri satışdan çıxarılmışdı.
Kolbasa və kolbasa məhsullarının tərkibinə nitratın vurulması isə işbazların yeni tapdıqları "kəşf"dir. Belə ki, nitrat kimyəvi tərkibi ilə həm bitki, həm də ət məhsullarının tərkibində olduqda onun görünüşünə təsir edir. Yəni, onun daha gözəgəlimli və təzə olduğunu nümayiş etdirməyə imkan verir. Elə bu imkanlardan yararlanan işbazlar da özünün köhnə, hətta vaxtıkeçmiş məhsullarını bu şəkildə alıcılara təqdim edirlər.
Məlumatlarda qeyd olunur ki, indiyə qədər İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumları bununla bağlı çeşidli araşdırmalar aparmayıb. Düzdür, nazirlik ərzaq məhsullarının keyfiyyət və vaxtının keçməsi məsələsini araşdıraraq, xeyli miqdarda malı satışdan çıxarıb. Amma bu gün istər ölkədə istehsal olunan, istərsə də xaricdən gətirilən mal və məhsulların tərkibini yoxlamaq üçün müvafiq labaratoriyalara malik deyil. Məhz buna görədir ki, həmin məhsulların tərkibləri barədə dəqiq bilgiyə sahib olmamaqla yanaşı, həm də onlara nəzarət etmək imkanından məhrum olub.
Xatırladaq ki, dünyanın əksər ölkələrində bununla bağlı çeşidli şirkətlər və qurumlar fəaliyyət göstərirlər. Əhalinin sağlamlığını qorumaq məsqsədi ilə həyata keçirilən bu prosesi isə müasir və bahalı avadanlıqlar sayəsində reallaşdırırlar. Hələlik Azərbaycanda belə bir imkan yoxdur və güman edilir ki, yaxın gələcəkdə yeni labaratoriyanın qurulması üçün zəruri tədbirlər görüləcək.
Namiq
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00