Formula 1-in əfsanəvi pilotu Mixael Şumaxer ilə bağlı xoş xəbər yayıldı.
2013-cüilin sonlarına doğru Fransada, Alp dağlarında xizək sürərkən qəza keçirən sabiq alman pilotuzun müddət komaya düşmüşdü. Komadan ayıldıqdan sonra isə reabilitasiya prosesinə başlanmışdı.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, Xorvatiyanın gündəlik "Sportske Novosti" qəzeti2.5 ildir səhhəti ilə əlaqədar ardıcıl pis xəbərlər yayılan Mixael Şumaxerinyenidən addımlamağa başladığını yazıb.
Məsələ ilə bağlı hələ rəsmi açıqlama gəlməsə də, qorxunc qəzadan sonra pilot haqda ilk dəfə müsbət bir xəbərin yayılmasıpərəstişkarlarını həyəcanlandırıb.