Şahin Mustafayev önəmli səlahiyyətini itirir
12:39 14-06-2012
İQTİSADİYYAT
Şahin Mustafayev önəmli səlahiyyətini itirir
Tarif Şurasının ləğv edilməsi istiqamətində müzakirələr gedir
"Əslində Tarif Şurası qeyri-qanuni bir qurumdur. Faktiki olaraq bu qurumla bağlı konstitusiyada heç bir göstəriş yoxdur, Tarif Şurasının fəaliyyəti ölkənin əsas qanunu ilə tənzimlənmir. Ona görə də artıq adıçəkilən qurumun ləğvi məsələsi gündəmə gəlib". Bu barədə əməkdaşımızla söhbətində adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbənin sözlərinə görə, sadəcə, qiymət artımını tənzimləməklə məşğul olan Tarif Şurasının ləğvi müqabilində qiymət artımları ilə bağlı həlledici qərarın rarlament tərəfindən verilməsi gözlənilir. "Tariflərlə bağlı qərar əsasən xalqı maraqlandırdığından bu yöndə qərarların seçkili orqan tərəfindən, konkret indiki situasiyada Milli Məclis tərəfindən verilməsi daha doğru olardı. İndiyədək bir neçə dəfə bu məsələ hökumət kulislərində gündəmə gəlib, istisna deyil ki, qarşıdakı mərhələdə bu barədə hər hansı qərar verilməsinin şahidi olaq" deyə mənbəmiz bildirib.
Qaynağın sözlərinə görə, Tarif Şurasının taleyi ilə bağlı məsləhətlərinə baş vurulan iqtisadçılar da bu məsələdə daha çox dəstəkləyici mövqe sərgiləyirlər. Onlar da hesab edirlər ki, adıçəkilən qurumun mövcudluğu bir sıra problemlər yaradır: "Məsələn, iri məmurlar - hansı ki, Onların hakimiyyət daxilində ciddi təsir imkanları, nüfuz dairələri var, müəyyən təzyiqlər yolu ilə onlara sərf edən qərarların çıxarılmasına, qiymətartımlarının baş verməsinə nail olurlar. Odur ki, Tarif Şurasının ləğv edilərək onun səlahiyyətlərinin parlamentə verilməsi daha doğru qəbl edilir. Amma ortad müəyyən problemlər də var. Birincisi, 1995-ci ildə yeni konstitusiya qəbul edildi və orda göstərildi ki, Azərbaycan hökuməti Milli Məclisə hesabat verməlidir. Yəni Milli Məclisin özünün müəyyən səlahiyyətləri var və parlament həmin səlahiyyətlər daxilində əslində Tarif Şurasının fəaliyyətinə də müdaxilə edə bilər. Yəni əslində adıçəkilən quru melə başlı-başına, arzu etdiyi qərarları çıxarai bilən və buna görə heç bir cavabdeşlik daşımayan bir qurum da deyil. İkincisi, Tarif Şurası yalnız strateji qiymətləri tənzimləyir, daha çox neftin, qazın, suyun, işığın, çörəyin, nəqliyyat vasitələrinin, kommunal xidmətlərin qiymətlərini müəyyənləşdirir. Bu isə təbii ki, daha çox hökuməti ilgiləndirən məsələdir, yalnız hökumət daha aydın araşdırmalar, təhqiqatlar aparıb müəyyənləşdirə bilər ki, qiymət artımına ehtiyac var vəya yoxdur. Qısası, sözügdən şuranın ləğvi barədə qərar vermək əslində o qədər asan məsələ də deyil".
Bununla belə, həm hüquqi, həm də iqtisadi baxımdan anlaşılmazlıqları yola qoymağın problem olmayacağını düşünən mənbəmiz məsələ reallaşarsa, bundan ən çox iqtisadi inkişaf naziri Şahin Mustafayevin sarsılacağını deyir: "Məsələ burasındadır ki, Tarif Şurasına rəhbərliyi iqtisadi inkişaf naziri vəzifəsini tutan şəxs həyata keçirir. Yəni hazırda Şuranın sədri Şahin Mustafayevdir. Tarif Şurasının sədri postu hökumətin ən zəif və dişsiz nazirlərindən sayılan iqtisadi inkişaf nazirinin iqtidar içindəki çəkisini xeyli artırırdı. İndi Tarif Şurası ləğv edilərsə və bununla da onun əlindən ciddi bir səlahiyyəti çıxarsa, bu, Mustafayevi hökumət daxilində daha da dişsiz, zəif fiqur halına gətirəcək".
Ona görə də mənbəmiz hesab edir ki, Mustafayev hökumət daxilində yaxın olduğu güc mərkəzilərindən birini hərəkətə gətirərək, Tarif Şurasının saxlanılmasına çalışacaq, ən azı belə bir qərarın verilməsini mümkün olduğu qədər yubatmaq istəyəcək.
Murad Can
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40