Nazirlər Kabineti ipoteka kreditləşməsi ilə bağlı qaydaları təsdiqləyib. Beləki bundan sonra ipotekaya götürülən evlərə əksik və ya artıq qiymət təyin etmək mümkün olmayacaq. İpoteka Fondu tərəfindən bütün ərazilər üzrə orta qiymətlər çıxarılacaq.

Unikal.org Xezerxeber-ə istinadən xəbər verir ki, poteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin qiymətləndirilməsinin qaydası müəyyənləşdirilib. Nazirlər kabinetinin təsdiq etdiyi qaydalara əsasən yüksək reytinqə maliK daşınmaz əmlak şirkətləri, statistika rəqəmləri və alqı satqı müqavilələri əsasında respublikanın bütün əraziləri üzrə orta qiymətlər müəyyənləşdiriləcək. Bugünə kimi isə bu rəqəmlər qiymətləndirmə şirkətləri tərəfindən müəyyən edilirdi.

İpoteka fondu tərəfindən müəyyən ediləcək qiymətlər fondun saytında yerləşdiriləcək və mütəmadi olaraq yeniləcək. Qiymət cədvəli hazır olduqdan sonra isə ipoteka üçün müyyən edilən 50 min manatlıq yüksək hədd aradan qaldırıalcaq.

Qaydalara əsasən vətəndaşlar ipoteka ilə əmlak alarkən ən çox 25 faizə qədər ödəniş edəcəklər. Qeyd edək ki,hal-hazırda ilkin ödəniş kimi əmlakın dəyərinin ən azı 25 faizi müəyyən edilib ki, bəzi hallarda da banklar müştərilərədən hətta 45 % -ə qədər ilkin ödəniş tələb edirdi.