Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev sentyabrın 15-də saat 10:00-da Zaqatala Sərhəd Dəstəsində Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Unikal.org-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabrın 13-dək Dövlət Sərhəd Xidmətinin rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.