Gənclər və idman naziri Azad Rəhimov hazırda məhkəməsi davam edən Beynəlxalq Bank işi ilə bağlı açıqlama verib.
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, Azad Rəhimov nazirlik əməkdaşlarının bəzi Olimpiya Komplekslərinə buraxılmamağının səbəbləri ilə bağlı suala cavabında bu məsələyə toxunaraq qeyd edib ki, dövlətin pulunun olmadığı vaxtlarda onları digər strukturlar tikirdi. Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi "Nurgün Motors, Masallıdakını "Azpetrol tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır.
Nazir əlavə edib ki, bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum olub ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb:
"Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi.