"Azərbaycan" Nəşriyyatı "Azadlıq" qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, səbəb qəzetin nəşriyyata olan borclarıdır. "Azərbaycan" Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün "Azadlığ"a vaxt verib. Amma deyilən müddətdə vəsait ödənilmədiyi üçün qəzetin çapı dayandırılıb.