Vergilər Nazirliyi vergi borcuna görə daha 19 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. 

Unikal.org Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 7-si fiziki şəxslər, 12-i isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-dən 756-ya (müvafiq olaraq 325 və 431 nəfər olmaqla) yüksəlib.