Sentyabrın 5-də paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Şahənşah" şadlıq sarayında keçirilən toy mərasimində xoşagəlməz hadisə yaşanıb.
Unikal.org publika.az-a istinadən bildirir ki, toyda bəyin atası qəfil infarkt keçirib.
Hadisə zamanı restorana Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıblar. Daha sonra bəyin atası xəstəxanaya aparılıb.
"Şahənşah" şadlıq sarayının Ramal adlı baş administratoru faktı təsdiqləyərək deyib ki, yaşanan bu hadisə toyu yarımçıq saxlamayıb: "Toy gecə saat 11:30-a qədər davam edib. Yəni, bəyin atasına görə toy yarımçıq qalmayıb".