Güləş üzrə olimpiya və dünya çempionu olan Fərid Mansurova yeni vəzifə verilib.

Bu barədə unikal.org-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.


Nazirlik rəsmisi bildirib ki, bundan sonra F.Mansurov nazirliyin idman şöbəsinin müdiri vəzifəsində işləyəcək.

Qeyd edək ki, tanınmış idmançı 2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanıb. 2007-ci ildə Bakıdakı dünya çempionatında qızıl medal qazanıb. 

F.Mansurov Azərbaycan Respublikası Prezdidentinin Sərancamları ilə 2002-ci ildə "Tərəqqi medalı ilə, 2004-cü ildə isə "Şöhrət ordeninə layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.