Ermənistan İstintaq Komitəsi müqavilə əsasında xidmət edən gizir Qeqam Yeqiazaryanın ölümünün səbəblərini araşdırır.

Unikal.org news.am-a istinadən xəbər verir ki,bu barədə İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Q.Yeqiazaryanın cəsədi sentyabrın 5-də saat 15:30 radələrində yol kənarındakı qayalıqlardan tapılıb. Hadisənin baş verdiyi əraziyə baxış keçirilib, ekspertiza təyin edilib.