İsrailin Azərbaycandakı səfiri Dan Stav Lənkərana səfər edib.
Unikal.org xəbər verir ki, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətində görüş keçirilib.
İcra başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verib.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini söyləyib.
Sonda səfirə Lənkəran xalçası və çayı hədiyyə edilib.
Səfir Dan Stav şəhərlə tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Müalicə-diaqnostika mərkəzində, "Nur-Süd Palmali süd emalı, Lənkəran konserv zavodlarında olub, "Yaşıl çay fermer təsərrüfatında çay plantasiyasına, Sütəmurdov kəndi ərazisində yeni salınmış Koreya sortlu hallobong sitrus meyvəsiplantasiyasına və Hirkan Milli Parkına və sitrus bağlarına baxış keçirib.