Bu gün Nəsimi Rayon Məhkəməsində "Real" hərakatının icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə prosesi baxılıb.

Unikal.org lent.az-a istinadən bildirir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.

Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
N.Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur.