Məşhur müğənni Beyons "Lemonade-™ adlı yeni albomunu təbliğ etmək üçün çıxdığı dünya turunu təxirə salıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 27 apreldə başlayan tur bu gün Nyu Cersi ştatında davam etməli idi.
Lakin 35 yaşlı müğənninin səhhətində problem yaranıb və konsert təxirə salınıb.
Həkimi ona bu halda konsertə çıxmağa qadağan edib və istirahət etməyi məsləhət görüb. İfaçının 1 ay səhnələrdən uzaq qalacağı bildirilir.