Türkiyədə yayımlanan "Zuhal Topal-™la adlı evlilik verilişinə İlqar adlı azərbaycanlı oğlan qatılıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, İlqar Büşra adlı iştirakçıya namizəd olub, hətta onun barmağına üzük də taxıb.
Büşra da İlqarı bəyənib, ona ərə getməyə razılıq versə də, cütlüyün bu arzusu baş tutmayıb. Belə ki, İlqarın Azərbaycanda həyat yoldaşı və övladı olduğu deyilib. Həyat yoldaşı olduğunu deyən xanım proqrama zəng edərək, İlqarla bağlı sirrləri açıqlayıb.
İlqar "6-7 il əvvəl qız dostum var idi, övladı varıydı, şəkil çəkdirdim. Məni efirdə görüb, zəng etdi ki, evlənməyinə imkan verməyəcəyəm, sən ancaq mənim olacaqsan. Mənim uşağım yoxdur. Heç evli də olmamışam. Gətirib bəy-gəlin fotosu varsa, göstərsin" deyə, bildirib.
Efirə zəng edən Elvina adlı xanım isə övladının atasının İlqar olduğunu və bunu sübut edəcəyini deyib. Büşra isə üzüyü qaytararaq, İlqarla evlənmək istəmədiyini söyləyib.