Azərbaycanlı prodüser bəy olmadan nişan etdi. "İndi yanımda olmasa da, ürəyi mənimlədir". 

Unikal.org primetime.az-a istinadən xəbər verir ki, ötən gün azərbaycanlı prodüser və aparıcı Humay Muxtarovanın xoş günü idi. Şəhər restoranlarından birində baş tutan doğum günü ilə yanaşı, prodüser nişanını da elə oradaca qeyd edib. Lakin ənənəvi nişan mərasimlərindən fərqli olaraq, bu dəfə bəy məclisdə iştirak etməyib Humay, adını gizli saxladığı səbəkarın işgüzar səfərdə olduğunu deyir:

" Doğum günümdə nişanımı qeyd etmək nişanlımın ideyası idi. Özü Maltada işgüzar səfərdə olsa da, amma mənə dedi ki, nişanı mənsiz keçir. O, indi yanımda olmasa da, ürəyi mənimlədir. İnşaAllah məhərrəmlik ayından sonra vətənə qayıdacaq və toy edəcəyik". 

İkinci dəfə ərə gedəcək prodüser, gələcək həyat yoldaşı ilə tanışlıq tarixçəsindən də söz açdı: " Biz əslində onunla 2 ildir ki, dostluq edirik. Maltada yaşayan azərbaycanlıdır. Mən inanmırdım münasibətimiz dostluqdan sevgiyə çevrilər. Amma həyatın təsadüflərindən qaçmaq olmur. Evlənəndən sonra, o, artıq şirkətini Azərbaycanda quracaq və burada yaşayacağıq. Nişanlımla hər şey qaydasındır. Əsas odur ki, bir-birimizi çox sevirik və inanırıq".