Ağdam rayonunda oğurluqla məşğul olan iki nəfər tutulub.

Unikal.org Report-a istonadən bildirir ki, saxlanılan şəxslər rayonun Eyvazlı kəndi ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinirlər.

Hadisədən xəbər tutan heyvan sahibi dərhal polisi bu barədə məlumatlandırıb. Asayiş keşikçilərinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən şəxslər "VAZ 2106" markalı avtomobil ilə saxlanılıblar. Maşına baxış zamanı dəyəri 400 manat olan bir baş qoç aşkar edilib. Heyvan özsahibinə qaytarılıb.

Şübhəli şəxs qismində saxlanılan Vəliyev Qədir Əli oğlu və Məmmədov Tahir Məhəmməd oğlu istintaqa təhvil verilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.