Sosial şəbəkədə Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun əli silahlı görüntüsü yayımlanıb.

Unikal.org-un xəbərinə görə, bu görüntülər 1992-ci ildə, Ağdam rayonunda çəkilib.

Həmin vaxt peşəkar boksçumuzun cəmi 12 yaşı olub. Videoda Fariz Məmmədovun əynində hərbi forma, əlində isə avtomat olduğu görünür.

Qeyd edək ki, F.Məmmədov hələ yeniyetmə ikən könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbəri olduğu özünümüdafiə batalyonuna qoşulub və əsgərlərə köməklik göstərib.