Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə "ANS ÇM Yayım və Media Şirkətinin iddiası təmin edilməyib.

Qeyd edək ki, əvvəlki prosesdə ANS-in vəkili hakimin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. ANS-in vəsatəti təmin olunub, iş hakim Elçin Məmmədovdan alınaraq Müseyib Bayramovun icraatına verilib.
Xatırladaq ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında 

Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

"ANS ÇM Yayım və Media Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.