Hülya Avşarın bacısı Helin Avşar ötən ay İnstaqram səhifəsində paylaşılan "Bu gündən sonra boşanırıq. Həyat yoldaşımın heç bir səhvi yoxdur. Qarşılıqlı razılaşma ilə ayrılırıq sözlərinin ona aid olmadığını bildirmişdi.
Unikal.org Axşam.az-a istinadən xəbərinə görə, fevralda Serhan Bora ilə ailə quran H.Avşar bu dəfə boşanacaqlarını təsdiqləyib.
O, boşanma xəbərini İnstaqramda paylaşıb:
"Heç kimin üzülməsini istəməyən bir insan olaraq doğruyu söyləyim. Həyat yoldaşımla boşanırıq. Bu vaxta qədər bir-birimizi üzmədik. Ona hər zaman hörmət edəcəyəm. Sevərək və dost qalaraq ayrılırıq