Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.

Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü  Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.