Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub.
Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.