Balakəndə intihar hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 10-da, gecə saat 02:30 radələrində Balakən şəhəri, Bülbül küçəsi ev 3 ünvanında qeydə alınıb. Balakən şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Sabir oğlu Ramazanovun meyidi yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.