Rusiyada fəaliyyət göstərən "Deti qor" ("Dağlar övladları") qeyri-hökumət təşkilatının rəhbəri, əslən azərbaycanlı olan jurnalist Madonna Dünyayeva xalqını təhqir edib.

Unikal.org-un ANN.Az-a istinadən xəbərinə görə, Erməni Aram Qabrelyanın başçılıq etdiyi "Life" xəbər agentliyində çalışan Madonnanın nalayiq davranışının üstünü elə onun erməni müdiri açıb.



Bu yerdə bildirək ki, Qabrelyanın sahib olduğu "Life News" telekanalı bir müddət öncə Tərtərdən reportaj hazırlayarkən təxribata yol verərək, həqiqətə uyğun olmayan materialları təqdim etmişdilər. Bundan əlavə, həmin telekanal Azərbaycanın ərazi bütövlüyünü təhqir edib. Təbii ki, erməni lobbisinin bir qanadı olan bu media qurumunun Azərbaycana qarşı təxribatları bitmir.

Belə ki, Rusiyada son dövrlər olduqca populyar olan bloqçu Amiran Sərdarovun "Dnevnik xaça" ("Xaçın gündəliyi") verilişində qonaq olan "Life"ın rəhbəri Qabrelyan maraqlı faktı açıqlayıb.

O, Azərbaycanda ona qarşı hazırlanan yazıların yersiz olduğunu və haqsız yerə guya azərbaycanlıları sıxışdırdığı ittihamına cavab verib:



"Təzəlikcə azərbaycan saytlarını oxuyurdum. Yazırdılar ki, guya mən azərbaycanlılara nifrət edirəm, onları sıxışdırıram və s. Bizim azərbaycanlı olan işçimiz Madonna isə bu il ən böyük premiyanı qazanıb. Mən ona Moskvada ev alıb vermişəm. Madonnaya deyirəm ki, "Bax görürsən də, nələr yazırlar". O isə cavabında...".

Təəssüf, ancaq etik qaydalara görə, "üzüqara" həmyerlimizin dediklərini yaza bilmərik.

Qeyd edək ki, 2010-cu ildən "Dağlar övladları" adlı təşkilata rəhbərlik edən Madonna Dünyayeva Gürcüstanda doğulan azərbaycanlıdır.

O, Rusiyada Qafqaz xalqlarının hüquqlarının qorunması, onların arasında əlaqələrin qurulması və digər ictimai işlərlə məşğul olur.



Görünür, bütün Qafqaz dağlarının yükünü daşıyan Madonna üçün öz Vətəninin daşı yaman ağır gəlib.

Sizə sözügedən verilişdən kadrları təqdim edirik. Diqqət, kadrlarda qeyri-etik ifadələrə yer verilib: