Bir müddətdir xərçəngdən əziyyət çəkən "Yeşilçam filmlərinin məşhur aktyoru Mahmud Həkimoğlu dünyasını dəyişib. O bir neçə gün öncə vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Unikal.org NTV-yə istinadən xəbər verir ki, həkimlərin bütün cəhdlərinə baxmayaraq 61 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

M.Həkimoğlunun vəfat etməsi barədə məlumatı aktyor Nuri Alço sosial mediada paylaşıb:

"Çox kədərliyik. Allah rəhmət etsin. Çox yaxşı insan idi.