Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır.
Unikal.org trend-ə istinadən məlumatına görə, bunu Müdafiə Nazirliyinin 109 saylı Hərbi hissənin komandiri, general-leytenant, Milli qəhrəman Rövşən Əkbərov deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu işğal altındakı torpaqları azad etməyə hər zaman hazırdı.
"Bizim ordumuz bu gün möhkəmdir. Şəxsi heyətin psixoloji vəziyyəti çox yüksəkdir. Ali Baş Komandan cənab İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq. Azərbaycan prezidenti münaqişənin sülh yolu ilə həll olunması üçün çalışır", - deyə Rövşən Əkbərov bildirib.