"Ürəkbulandıranlar, kinini tökməyə yer axtaranlar..."
Unikal.org PrimeTime.Az-a istinadən xəbər verir ki, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı əkizləri ilə çəkilmiş şəkillərini izləyiciləri üçün yayımlayıb.
Övladlarının üzünü ürək işarələri ilə gizləyən aparıcı, sevənlərinə bu sözlərlə müraciət edib: "Gözlərimdən sevgi yağır. Allahım bütün balaları pis gözlərdən, insanlardan, nəfisdən qorusun. Bu arada qucağımdakı kimdir? Ardadır, yoxsa Arın? P.S: Ürəkbulandıranlar, kinini tökməyə yer axtaranlar bura yazmasın!!!"
Qeyd edək ki, 2014-cü ilin 21 oktyabrında türkiyəli ulduz Doğuşla ailə quran aparıcının, 6 may 2016-cı ildə əkizləri dünyaya gəlib.