Şəhərin bir çox yerlərində satış məntəqəlri fəaliyyət göstərsə də ötən günkü izdihamdan əsər-əlamət belə yoxdur.
Qurbanlıq heyvan bazarlarında alıcıların sayı xeyli azalıb. Bu isə qiymətlərə də öz təsirini göstərib. Bayramın birinci günündə ətin qiyəməti 9 manatdan təklif edilirdisə bu gün 8 manata düşüb.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, azsaylı alıcılar isə vəziyyətdən məmnun görünür.
Bu gün qurbanın sonuncu günü olduğundan satıcıların bəziləri alıcılara satdıqaları heyvanı kəsib doğramağın pulsuz olduğunu təklif edirdilər. Bunun üçün satışda olan heyvanların yanında qəssablar kəsim məntəqələri yaradıblar.
Sahibkarların bəziləri sata bilməyəcəyi heyvanları ucuz qiymətə qəssablara verib gedəcəklərini desə də, digərləri bunun tam əksini deyirlər.
Qeyd edək ki, ötən gün Kənd Təsərüfatı və İqtisadiyyat nazirliklərinin təşkil etdiyi ucuz qurbanlıq yarmarka bu gün olmayıb. Səbəb heyvanların az sayda olması olub. Amma buna baxmayaraq Dvlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdşları bütün satış yerlərində heyvanların sağlamlığına nəzarət ediblər.