Goranboyda itkin düşən məktəbli axtarılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.
***
Goranboyda məktəbli itkin düşüb.
"Unikal"ın məlumatına görə, rayonun Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu 18.08.2025-ci il tarixdə evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Məktəblinin yaxınları bildirib ki, Ümid İsayevin itkin düşməsi ilə bağlı polisə məlumat verilib.
Tural Əhmədov