Hazırda Türkiyədə 45 minə yaxın Azərbaycanlı tələbə təhsil alır.
Bu barədə "Unikal"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22578 müraciət daxil olub. Bu müraciətlərin 5327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.