"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. "Ferentsvaroş" stadionunda baş tutacaq görüşü portuqaliyalı FIFA referisi Silva Pineyru idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhləsinə qatılacaq.