Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.

Bu barədə "Unikal"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 19 avqustdan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həftəiçi, həmçinin şənbə və bazar günlərində yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.