Bu gün Misli Premyer Liqasında ilk turun daha bir oyunu təşkil olunacaq.

"Unikal" xəbər verir ki, bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil etmiş “Zirə” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcək.

Zirə İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 20:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

Qeyd edək ki, I turun baş tutan 4 matçında “Turan-Tovuz” “İmişli”ni (1:0), "Sumqayıt" "Kəpəz"i (3:0) məğlub edib.

"Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" görüşlərində 1:1 hesablı heç-heçə qeydə alınıb. Turun “Sabah” - “Qarabağ” matçı isə təxirə salınıb.