Türk müğənni Yusuf Güney İstanbulun Ortaköy səmtində gecə klubundan çıxarkən paparazzilərin kameralarına tuş gəlib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 4 qız müğənniyə yaxınlaşaraq avtoqraf və telefon nömrəsini istəyiblər.
Y.Güneş jurnalistləri görən kimi avtomobili ilə ərazidən uzaqlaşıb. Qızlar da taksiylə onun arxasınca gediblər. Lakin, bunun bir plan olduğu üzə çıxıb.
Belə ki, 100 metr irəlidə hər iki maşın dayanıb və qızlar müğənninin maşınına minərək Tarabya Limanına gediblər. Qızlar burada Yusufun 1 milyon lirəlik (təxminən 540 min manat) gəmisinə miniblər.
Bu zaman yenə paparazzilərlə rastlaşan ifaçı "Qızlar dostumdur. Sadəcə oturub söhbət edəcəyik deyib.