FETÖ (Fəthullahçı Terror Təşkilatı) əməliyyatı çərçivəsində həbs olunan general-leytenant Saleh Ulusoy 15 iyul dövlət çevrilişinin arxasındakı güclərin kim olduğunu etiraf edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, general çevriliş arxasında gizli xidmətlərin olduğunu bildirib.
"Bu hadisədə Qərb ölkələrinin barmağının olduğunu düşünürəm. Ancaq bunu NATO üzərindən deyil, gizli xidmətlər vasitəsilə həyata keçiriblər", - o deyib.
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah başçısına bağlı olan və "J başçısı" adlandırılan 6 general-leytenantdan 4-ü həbs olunmuşdu. Onlardan biri də Saleh Ulusoy idi.