Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun cənub bölgəsində vətəndaşları qəbulu günü dəyişdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Ramil Usubov sentyabrın 18-də və 19-da saat 10:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qeyd edək ki, R.Usubovun cənub bölgəsində qəbulu sentyabrın 24-də keçirilməli idi.