Əməkdar artist Elza Seyidcahan canlı yayımda Rəqsanə İsmayılovanı biabır edib.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, müğənni "10-dan sonra verilişində "İmic rubrikasına qonaq olan Nuranə adlı 23 yaşlı qızın dəyişilməyə meyilli olmasını qınayıb və bunları deyib:
"Bu yaşda qızın saçına rəng qoyması, poza verməsi xoşuma gəlmədi. 23 yaşındakı qız belə şeylərə baxmamalıdır, kitablar oxumalıdır. Rəqsanəyə hörmətim böyükdür, bəzi özünü yüksək aparan müğənnilərdən səmimidir. Amma elə Rəqsanə kimi müğənnilər efirə çıxandan sonra dərəbəylik oldu. Ağızlarına gələni danışdılar, prodüserləri ilə canlı efirdə dalaşdılar, sponsorların müğənniləri maliyyələşdirməyini dedilər. Tərbiyəmizə, adət-ənənələrimizə zidd şeylər gətirdilər. Camaat da biz müğənnilərə hörmət etməkdən imtina etdilər. Bəzi şeylər gizli saxlanılmalıdır. Hər kəsin əyri-əskiyi var.