Bir müddət əvvəl üçüncü dəfə əməliyyat olunan əməkdar artist Coşqun Rəhimov yeni konsertin məşqlərinə başlayıb.

Unikal.org axsam.az-a istinadən məlumatına görə, ötən həftə xəstəxanadan çıxan aktyor özünü yaxşı hiss edir.

"Bu şəhərdə" komandasının ssenaristi Müşviq Abbasov: "Hər şey əladır. Coşqun artıq ayaq üstədir. Rafaellə birlikdə konsertin məşqlərini edirlər", - deyəbildirib.

Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir. Bir neçə gün əvvəl o, üçüncü dəfə əməliyyat olunub.

"Bu şəhərdə"nin "2 Canlı" adlı növbəti konserti noyabrın 4-dən 8-nə kimi Heydər Əliyev Sarayında baş tutacaq.

"Bu şəhərdə"nin Coşqunu əməliyyatdan sonra - FOTO
"Bu şəhərdə"nin Coşqunu əməliyyatdan sonra - FOTO