Unikal.org primetime.az-a istinadən xəbər verir ki, tanınmış rəqqasə Fatimə Fətəliyeva ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında yeni klipinə təqdimat keçirib.
Musiqisi Üzeyir Hacıbəyliyə aid olan "Cəngi" milli musiqisinin ekran işinin rejissoru Nail Naiboğluna həvalə edilib.
Təqdimatda rəqqasəni sənət dostları da yalnız qoymayıblar. Tədbirə təşrif buyuranların sırasında əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədli, şöhrət ordenli Arif Qazıyev, xalq artisti Məleykə Əsədova, əməkdar artistlər Aliyə Ramazanova, Elza Seyidcahan və Lalə Məmmədova, müğənnilər Samira Allahverdi, Günay İbrahimli, Roza Zərgərli, Zenfira İbrahimova və rəqqasə Renka Ağamuradova olub. Aparıcısı tanınmış jurnalist Tahirə Məmmədqızı olan gecənin yaddaqalan məqamlardan biri də Fatimənin 4 ildir küsülü olduğu rəqqas İlham Kərimli ilə barışması olub.