Tanınmış bəstəkar, müğənni və aparıcı Murad Arif doğum gününə hazırlaşır.
Unikal.org xəbər verir ki, doğum gününə hazırlaşan müğənni dostlarına sosial şəbəkə vasitəsilə səslənərək bu sözləri deyib:
"Ad günüm yaxınlaşır... Yoldaşımla bu qənaətə gəldik ki, çox çətin adamam və aldığım hədiyyələr bir qayda olaraq istifadəsiz qalır. Ümumiyyətlə, mənə yaxşı hədiyyə almaq zülm imiş... Baxın, mən heç vaxt saat, sviter, qolbaq, boyunbağı, üzük (nişan üzüyündən başqasını) taxmıram. Kitab, parfüm, texnika, eynək, köynək, ayaqqabı, kəmər və s. isə yalnız özüm seçib, almalıyam... Buna görə dostlarım da bilmir ki, mənə nə hədiyyə eləsinlər?! Seçimlərini asanlaşdırıram... Mənə görə ən gözəl hədiyyə seçim azadlığıdır, yəni hədiyyə kuponu. Sizə bu qəribə gəlsə də, mən praktik adamam, israfçılığın əleyhinəyəm. Məni yalnız tərəzilər anlayar..."