Xalq artisti Məleykə Əsədovadan yayı necə dincəldiyini, bağ evinin olub-olmamasını soruşduq.
Unikal.org-un big.az-a istinadən məlumatına görə bu haqda danışan Xalq artisti açıqlamasında bildirdi ki, bütün yayı başqa-başqa ölkələrə səyahət etməyi sevir, ona görə də bağ evi almağa ehtiyac duymur:
"Heç vaxt bağ evi almaq fikrim olmayıb. Sadəcə dəniz sahilində olan bağ evimin olmasını arzu etmişəm. Gələcəkdə bağ evi almağı arzulamıram. Çünki xanımam, bağla məşğul baxmağa, bağa baxmağa gücüm də yoxdur. Yayda onsuz da gəzintilərə, istirahətə gedirəm. Bağdan dənizə baxmağı çox sevirəm, o mənada bağ evimin olmasını istəyərdim. Daha çox qızımla, sənətimlə məşğulam. Evdə həm kişi, həm də qadın işlərini görürəm. Evimin həm qadınıyam, həm kişisi".