Unikal.org-un xəbərinə görə son zamanlar ardıcıl olaraq hit mahnıların ifaçısı müğənni Günay İbrahimli big.az-a müsahibə verib. İfaçı şəxsi həyatından, yeni yaradıcılıq işlərindən, gəzdiyi məkanlardan danışıb.
- Günay, yay bitdi necə dincəldiniz?
- Yaxşı dincəldim. Keçən il istirahətə getməmişdim, amma bu il yaxşı dincələ bildim. Türkiyəyə getdim. Öz rayonlarımıza gedə bilmədim.
- Devalvasiyadan sonra qiymətlər hər yerdə bahadır. Türkiyədə turizm xərcləri sizi qane etdimi?
- Biletimi 3 ay öncədən almışdım. Ailəmlə getdim və ona görə də çox xərcimiz çıxmadı.
- Payızda Günay İbrahimlidən hansı yeniliklər gözləyək?
- Yeni mahnım gəlir, "Qətran" adlanır. Artıq oxumuşuq. Aranjimanı isə Caner Tepecik edib. Həmin mahnını gözləyirəm.
- Caner Tepecik bir az qalmaqallı biridir. Müğənni Rəqsanə İsmayılova ilə də qalmaqal yaşadı. Siz belə biri ilə işləməkdən qorxmursunuz?
- Onunla heç bir problemim yoxdur. Onun studiyasında oldum. Hətta yeni mikrofon almışdı, o mikrofondan ilk oxuyan da mən oldum. Savadlı, istedadlı bir insandır. Bəyənirəm o insanı. Bilirsiniz necədir, əgər pul verə bilməyəcəksənsə, həmin adamla niyə işbirliyi edirsən? Bir mahnını alıb qurtararlar, ondan sonra o birisinə keçərlər.
- Günay, aktrisalıqda da özünüzü sınadınız. Müğənni kimi pul qazanmaq asandır, yoxsa aktrisa kimi ?
- Bizdə film sahəsi o qədər də inkişaf etməyib. Mən özümü bu sahədə sınadım, öz adımdan deyərdim ki, filmə çəkilmək çox maraqlıdır. Günlər maraqlı keçir. Amma qarşılığında pul yoxdur. Düzdür, həmin filmə çəkiləndə mən ödənişimi almışdım. Amma biri var bilet alıb gəlib filmi izləyərlər sən ondan pul qazanasan. Bizdə o cəhətdən inkişaf aşağıdır. Yetərincə istedadlı aktyorlar var, amma para yoxdur. Bilet alıb kinoteatrda filmə baxanlar çox azdır. Mən özüm şəxsən filmləri Youtubedan izləyirəm. Ya da hansısa bir məkanda oturub monitordan tək izləyirəm. Yenə də bilet alıb getmirəm. Dediyim odur ki, hamımız internet vasitəsilə baxırıq.
- Bahalı hədiyyələt tez-tezmi alırsınız?
- Ən bahalı hədiyyəmi deyim... Qızışdırmayın məni (gülür). Bahalı hədiyyələrim də olub, ucuz da. Amma mən hədiyyənin dəyərini pulla hesablamıram.
- Sosial şəbəkələrdə sevgilinizlə fotolarınızı tez-tez görürük. Nişan və toy nə vaxtdır?
- Hələki gözlənilmir, anidən ola bilər.
- Günay harada qalmışdıq, toyunuzda. Siz də bəziləri kimi mətbuata qapalı toy edəcəksiniz?
- Bilirsiniz, çox xoşbəxtəm onunla. O mənim həm sevgilim, həm dostumdur. Toyumu soruşursunuz? Qoy toy olsun da (gülür). Onsuz da sizə bir söz deyim. Mətbuata toyu bağlasam da, toya gələnlər şəkil çəkib paylaşamayacaq ki? Mətbuata qapalı toy etməyin yeri yoxdur. Toy olsa, elə birinci özüm ekzklüziv paylaşacağam ki, "ay camaat toyumdur".
- Günay, sonuncu dəfə sosial şəbəkələrdə sevgilinizlə fotolarını paylaşdınız və sildiniz. Nə baş vermişdi?
- Bilirsiniz, o şəkilləri mən paylaşmıram, o paylaşır. Bəzi şeyləri isə mətbuata açıqlaya bilmirəm. Sosial şəbəkələrdə xoşagəlməz şərh yazanlara gəldikdə, elələrini dərhal bloka atıram. Bütün şərhləri bir-biri oxuyuram. Yaxşı da , pis də yazanlar olur, yaxşılara ümumilikdə sağol deyirəm. Pis yazanları bloka atıram.
- Bir çox müğənnilərimiz isə şərh bölməsini izləyicilərinin üznə qapalıdır. Siz necə bu barədə düşünmürsünüz?
- Yox, qoy yazsınlar. Artıq öyrəşmişəm.
- Bəs payız havası necə depressiyaya salmır ki, sizi?
- Depresiyaya düşürəm. Düşməsəm deməli daşdan yaranmışam. Mən də insanam. Mənim də xoş günümlə yanaşı pis günüm də olur. Elə olur ki, gözəllik salonuna getmişəm və ağladığımı gizlətmişəm. Həmin günü bir neçə çəkilişim olub, amma heç kimə hiss etdirməmişəm.
- Kökəlmisiniz?
- Bu geyim məni kök göstərir. Hazırda 59 kilo çəkim var, amma arıqlamalıyam. Çəkim istəmərəm ki, 53 kilodan aşağı olsun.