Qan xərçəngindən əziyyət çəkən məşhur rejissor Şahin Zəkizadənin də qızı Fatimə birinci sinfə qədəm qoyub.
Unikal.org xəbər verir ki, hazırda müalicə gördüyü üçün övladınən yanında ola bilməyən rejissor instagram vasitəsi ilə qızına xeyr duasını çatdırıb. Onun yazdıqları izləyicilərini kövrəldib:
"Bu gün mənim gözümün nuru olan, qızım Seyyidə-Fatimə birinci sinfə gedir. Təəssüf ki, bu xəstəlik mənə imkan vermədi ki, yanında olam, sevincini səninlə bölüşəm. Əminəm ki, indi səbəbini bilməsən, zaman keçəndən sonra məni qınamarsan. Amma bu gün sənin həyata ilk addımındır, bu yol elm, bu yol bilik yoludur. Bu yol sonda ailənə, Vətənə xeyir verən bir övladın yoludur. Sənə Allahdan zehin açıqlığı arzu edirəm. Dərslərində diqqətli və səbirli olmağını arzu edirəm. Sən körpəlikdən çox ağıllı uşaq olmusan. Əminəm ki, böyük bir alim və ya həkim mütləq olacaqsan. Allah səni qorusun. Dualarım daim səninlədir. Harada olsan da səni çox sevirəm. Mənim Fatiməm".
Aygün