Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Seyran Ohanyan bildirib ki, belə bir təklif olarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən imtina edəcək.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, Ohanyan deyib: "O ki qaldı KTMT baş katibi vəzifəsinə təyinata, belə təklif olmayıb. Bu gün müdafiə nazirinin vəzifələrini icra edənəm və hər hansı beynəlxalq strukturda işləməyə hazırlaşmıram".

O əlavə edib ki, birmənalı şəkildə belə bir təklifdən imtina edəcək.